Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

13 Dekabr 2017

19 Noyabr 2017 - 10:00

“Uçan” piyada zolağı istifadəyə verildi


Avstriyanın Lints şəhərində ölkədə ilk 3D piyada zolağı istifadəyə verilib.

Gununsesi.info Azərtac-a istinadən xəbər verir ki, avtomobil sürücülərinin yüksək sürətə meylli olduğu küçələrdən birində optik yanıltma sayəsində yaradılan süni maneədən yaxın gələcəkdə geniş istifadəsi nəzərdə tutulur.

“Zebra”nın xüsusi şəkildə çəkilməsi nəticəsində əldə edilən vizual effekt sayəsində piyadaların yoldan təhlükəsiz keçid imkanı yaxşılaşdırılıb. Bu süni maneə nəticəsində sürücülər sürəti azaltmağa və piyadalara qarşı diqqətli olmağa məcburdurlar. 3D piyada zolağı yalnız bir istiqamətdən effektiv şəkildə göründüyünə görə, onun əsasən birtərəfli yollarda istifadəsi daha məqsədəuyğundur.

Yaxın gələcəkdə Avstriyanın Fillax, Zaltsburq və Klaqenfurt şəhərlərində də oxşar piyada zolaqları istismara veriləcək.

Gununsesi.info





loading...