Uçan taksilər yaxın zamanlarda fəaliyyətə başlayacaq- DUBAYDA

Uçan taksilər yaxın zamanlarda fəaliyyətə başlayacaq

Dubayda yaxınlarda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.

Gununsesi.info xəbər verir ki, iddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib.

“Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək”, – layihəni təqdim edənlər bildirib.

Gununsesi.info

COMMENTS