Uçan taksilər yaxın zamanlarda fəaliyyətə başlayacaq - DUBAYDA

  • By admin
  • 14 Fevral 2018 08:50

Dubayda yaxınlarda uçan taksi fəaliyyət göstərməyə başlayacaq.

Gununsesi.info xəbər verir ki, iddialı layihə Dubayda keçirilən səmərəli dövlət idarəetmə və müasir texnologiyaların həyatın müxtəlif sahələrinə tətbiqi məsələlərinə həsr olunmuş 6-cı Ümumdünya Hökumət Sammitində (World Government Summit) təqdim edilib.

“Uçan taksi yüksək etibarlılıq və təhlükəsizlik standartlarına cavab verəcək. Taksi GPS-naviqator əsasında xüsusi marşrutların proqramlaşdırma sisteminin köməyi ilə avtopilot vasitəsi ilə idarə olunacaq. Taksinin hərəkətinə nəzarəti operator həyata keçirəcək”, – layihəni təqdim edənlər bildirib.

Gununsesi.info