Ucar rayonunun Şahlıq kəndinə küçə qaz xətlərinin çəkilişi işləri yekunlaşmaq üzrədir - VİDEO

  • By admin
  • 21 Mart 2023 19:03

“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikanın digər şəhər və rayonları kimi Ucar rayonunun Şahlıq kəndində də qaz təsərrüfatına dair işlər görülməkdədir.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib.

İşlər artıq yekunlaşmaq üzrədir. Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.

Daha ətraflı video materialda:

Gununsesi.info