
Ucar rayon sakininə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxs Ağdaş şəhəri ərazisində tutulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 21-də saat 18 radələrində Ucar rayonunun Boyat kəndi yaxınlığından rayon sakini Bəhruz Əsədova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Hüseynov Ağdaş şəhəri ərazisində tutulub.
Anar
Gununsesi.info