
Ucar şəhəri ərazisində “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini vurulub.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 3-də saat 20 radələrində Ucar şəhəri ərazisində rayon sakini Xəyyam Səlimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Yaşar İsrailovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada sentyabrın 4-də orada ölüb.
Anar
Gununsesi.info