Ucarda baş verən qəzada 5 nəfər xəsarət alıb

  • By admin
  • 08 Avqust 2021 14:43

Ucar rayonunda ağır yol qəzası baş verib.

Gununsesi.info xəbərinə verir ki hadisə rayonunun Bərgüşad kəndində qeydə alınıb.

HTML tutorial

“VAZ 21011” markalı minik avtomobil “Mercedes Vito” markalı mikroavtobusla toqquşub.

Nəticədə Ucar rayon sakinləri – 1959-cu il təvəllüdlü Xankişi Sərxan oğlu Fərzalıyev, 1980 -cı il təvəllüdlü Çingiz Dadaş oğlu Məhərrəmov, 1956 -cı il təvəllüdlü Qətibə Qüddəsər qızı Məhərrəmova, 2002-ci il təvəllüdlü Jalə Çingiz qızı Məhərrəmova və 1979-cu il təvəllüdlü Lalə Dadaş qızı Məhərrəmova müxtəlif xəsarətlər alıblar.

Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info