Ucarda kanalda batan şəxsin meyiti tapılıb

  • By admin
  • 07 Sentyabr 2016 16:46

bogulma

Ucarda kanalda batan şəxsin meyiti tapılıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, avqustun 29-da FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonu, Quləbənd kəndində Qəryan su kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Aran Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.

Nəhayət bu gün, 1973-cü il təvəllüdlü Quliyev Təhmuraz Hüseyn oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:35-də başa çatıb.

Anar

Gununsesi.info