
Dövlət Aqrar İnkişaf Mərkəzi Ucarda çoxlu sayda mal-qaranın tələf olması barədə məlumat yayıb.
Gununsesi.info xəbər verir ki, məlumatda deyilir:
“01.11.2023-cü il tarixində rayonun Yuxarı Şilyan kəndindən iribuynuzlu heyvanların kütləvi şəkildə tələf olması ilə bağlı məlumat daxil olmuşdur. Məlumat əsasında əraziyə baxış keçirilmişdir. Baxış zamanı 15 mülkiyyətçiyə məxsus 26 baş iribuynuzlu heyvanların tələf olması məlum olmuşdur. Tələf olunmuş iribuynuzlu heyvanlardan 23 başı gecə saatlarında, 3 başı isə səhər saaatlarında zərərsizləşdirilməsi təmin olunmuşdur. Eyni amanda 8 baş iribuynuzlu mal-qaranın gecə saatlarında müalicə olunması təmin olunmuşdur. 6 baş tələf olmuş iribuynuzlu heyvandan pataloji-anatomik yarma aparılaraq nümunələr götürülmüşdür. Nümunələr analiz üçün Qida Təhlükəsizlik Agentliyinin Ucar regional bölməsinə təhvil verilmişdir. Hazırda əraziyə bitkilərdən və ərazidki su mənbələrindən analizlərin götürülməsi məqsədilə mütəxəsislər cəlb olunmuşdur. Eyni zamanda Ucar rayon HSBX-nın əməkdaşları və özəl baytar həkimləri əraziyə cəlb olunaraq xəstə heyvanların müalicəsini davam etdirməklə, digər heyvanlarda da hər hansı bir şübhəli əlamətlərin olub-olmaması ilə bağlı müşahidələr aparır”.
Gununsesi.info