Ucarda mikroavtobus TIR-la toqquşub, ölən və yaralananlar var

  • By admin
  • 14 Fevral 2023 10:15

Ucarda mikroavtobusla TIR-ın toqquşması nəticəsində xəsarət alanların sayı altıya çatıb.

Gununsesi.info xəbər verir ki, onlardan üç nəfəri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəsarət alanlar – Bakı sakinləri olan iki bacı 1963-cü il təvəllüdlü Məmmədova Sevda, 1970-ci il təvəllüdlü Hacıyeva Mahirə və Şəmkir sakini 1979-cu il təvəllüdlü Qəhrəmanov Rafiq Vaqif oğludur.

Gununsesi.info