Ucarda özünü yandıran qazi vəfat etdi

Sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov intihar edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib.

HTML tutorial

Qeyd edilib ki, N.Həsənov yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkərlərdə onun 1-ci Qarabağ müharibəsi qazisi oldugu bildirilir.

Gununsesi.info