
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Rayon sakini 1994-cü il təvəllüdlü Emin Akif oğlu Qurbanovun idarə etdiyi “FİAT” markalı minik maşını ilə İsa Dünyamalıyevin idarə etdiyi “KİA” markalı maşın toqquşub. Nəticədə “FİAT” ın sürücüsü E Qurbanov və sərnişini İlqar Behbud oğlu Həsənov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib . Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info