Uçqunda ölən əsgərin meyiti qarın altından çıxarıldı

  • By admin
  • 11 Fevral 2017 13:46

qar ucqunu

Xəbər verdiyimiz kimi, fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Gununsesi.info-nun məlumatına görə, Müdafiə Nazirliyindən unikal.org-a bildirilib ki, həlak olan əsgər Rüstəmov Ülvi Əhməd oğlunun nəşi hadisə yerindən çıxarılaraq götürülüb.

Ü.Rüstəmovun nəşi bu gün dəfn olunması üçün doğulduğu Ağcabədi rayonuna aparılıb.

Gununsesi.info