Üçrəngli bayrağımız Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə və Xocavənd üzərində də dalğalanacaq

Gununsesi.info Ana Vətən Partiyası Azərbaycanın ordusunun Laçında nəzarəti götürməsi ilə bağlı bəyanatını təqdim edirik:

Ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları, yüksək idarəçilik keyfiyyətləri, müdrik siyasəti, strateji düşüncə imkanları Azərbaycana ciddi uğurlar qazandırmaqda, Dünya miqyasında onun nüfuzunu gücləndirməkdədi.

HTML tutorial

44 günlük Zəfər müharibəsilə tariximizə şərəfli səhifələr yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən iki il ərzində təsəvvür olunmaz və heyrətamiz təmkin və uzaqgörən davranışlarını ortaya qoyaraq, müəyyən etdiyi hədəflərə addım-addım çatmaqla, yarımçıq qalan, lakun həyata keçirilməsi son dərəcə vacib olan vəzifələri uğurla yerinə yetirməkdədir. Davamlı olaraq əhəmiyyətli strateji yüksəkliklər igid Silahlı Qüvvələrimiz tərəfindən geriyə alınır, düşməni təşviş və qorxu içərisində yaşadan hərbi düşərgələr yaradılır, Ermənistanla bütün sərhəd boyu ərazilər tam şəkildə nəzarətə götürülür.

Bu baxımdan ciddi strateji mövqeyilə seçilən və Ali Baş komandan İlham Əliyevin növbəti siyasi və diplomatik qələbəsi olan Laçın şəhərinin, Zabux və Sus kəndlərinin bir şəhid vermədən erməni vandallarından təmizlənməsi və bayrağımızın bu tarixi yurdlarımızda dalğalanması xüsusi əhəmiyyət kəsb edir.

Tam əminik ki, qısa zaman kəsiyində erməni işğalçılarının və seperatçıların tör-töküntüləri son nəfərədək torpaqlarımızdan istənilən vasitə ilə çıxarılacaq, Xankəndində, Xocalıda, Əsgəranda, Ağdərədə və Xocavəndin bütün ərazisində üç rəngli bayrağımız dalğalanacaq, suverenliyimiz tam təmin olunacaqdır.

Gununsesi.info