Ukraynanın Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna lideri Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında keçirilən üçtərəfli görüş başa çatıb.
Gununsesi.info xəbər verir ki, görüş 40 dəqiqə davam edib.
Görüş zamanı Ukraynada müharibənin diplomatik yollarla dayandırılması, taxıl koridorunun fəaliyyəti və digər məsələlər müzakirə edilib.
Gununsesi.info