“Üçtərəfli bəyanat Azərbaycanın maraqlarına xidmət edir” – Ermənistan müxalifəti

  • By admin
  • 12 Yanvar 2021 13:38

Ermənistan müxalifəti ötən gün Moskvada imzalanmış üçtərəfli bəyanata qarşı çıxıb.

 

Gununsesi.org xəbər verir ki, bu barədə parlamentdə təmsil olunan “İşiqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan açıqlama verib. O, razılşamanın ancaq Azərbaycanın maraqlarına xidmət etdiyini deyib.

“Hökümətyönlü KİV yeni razılşamanın Erməniatanla İran və Rusiya arasında dəmir yolu xəttini açılmasına xidmət edəcəyini sevinclə təqdim edir. Eyni vaxtda, erməni xalqının bu görüşdən əsas gözləntisi var idi – hərbi əsirlərin qısa müddətdə geri qaytarılması. Gündəm yenə sırf düşmənin maraqları çərçivəsində tərtib olunub”- deyə Marukyan söyləyib.

Gununsesi.org