
Tükriyənin Qəhrəmanmaraş şəhərində Bazarcıq kəndində yaşanan zəlzələ tarixdə yaşananlara ekskursiya etməyə fürsət yaradıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Bazarcıq zəlzələsi son 120 ildə Türkiyədə yaşanan 3-cü ən şiddətli zəlzələ olub.
Statistikalara əsasən, son 121 ildə yaşanan ən güclü zəlzələ 1939-cu ildə Ərzincanda yaşanıb. Təbiət hadisəsi “Rixter” şkalasaı üzrə 7.9 bal gücündə olub. Faciə zamanı 33 minə yaxın insan həlak olub.
Van şəhərində isə 1976-cı ilin 24 noyabrında yaşanan ikinci ən böyük zəlzələ 7.5 bal gücündə olub. Zəlzələ zamanı 4 minə yaxın insan həyatını itirib.
Son yaşanan Qəhrəmanmaraşda, Bazarcıq zəlzələsi isə 7.4 bal gücündə olub. Mindən artıq insanın ölümünə, son rəqəmlərə əsasən, 5 mindən çox adamın yaralanmasına səbəb olub.
Tərcümə: Arzu Sayadoğlu