Üçüncü dünya müharibəsi başladı: Putinin ən yaxın adamı elan etdi – Nüvə silahı təhdidi

  • By admin
  • 04 Mart 2024 13:10

Ukrayna-Rusiya müharibəsi 3-cü ilini arxada qoyduqca, yerdəki vəziyyət qlobal sülh üçün ciddi risk yaradır. Xüsusilə son zamanlar həm müharibə tərəflərinin, həm də bu iki ölkəni ayrı-ayrılıqda dəstəkləyən liderlərin mesajları gərginliyi daha da artırıb.

Gununsesi.info bildirir ki, Fransa prezidenti Makron Ukraynaya qoşun yeridilməsi məsələsini gündəmə gətirib və Avropa və NATO-ya “Bu ehtimalı nəzərdən qaçırmayaq” çağırışı edib. Rusiya prezidenti Vladimir Putin Makrona nüvə gücünə diqqət çəkərək cavab verib və Qərbi “Regiondan uzaq durun” deyərək hədələyib. Putinin “mentoru” kimi tanınan strateq Aleksandr Duqin tərəflər arasında baş verən qarşıdurmanı, dünyanın hansı istiqamətə getdiyini və Türkiyənin müharibə qarşısındakı mövqeyini şərh edib.

“Biz heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq”, – deyə Duqin bildirib.

O qeyd edib ki, hazırda qütblər arasında müharibə gedir: “Bu müharibə birqütblü dünya nizamı ilə Qərbin qorumağa çalışdığı çoxqütblü sistem arasındadır… Münaqişə xətləri Ukrayna, Fələstin və Tayvandır. Afrika və Cənubi Amerikada da yeni cəbhə açıla bilər. Biz yeni dünya nizamının formalaşma mərhələsindəyik. Bu proses qaynar münaqişələrə səhnədir. Ən pisi odur ki, biz indi nüvə müharibəsi riski ilə üz-üzəyik. Rusiya şəhərlərinə hücumlar hər an nüvə müharibəsinə başlaya bilər”.

Duqinin sözlərinə görə, bu müharibədə təkcə taktiki nüvə silahları deyil, həm də strateji nüvə silahları istifadə olunacaq. “Əgər biz adi müharibədə Ukraynanı məğlub edə bilməsək, bu, birbaşa nüvə müharibəsinin başlanması demək olacaq və biz bütün Ukrayna üzərində nəzarəti ələ alana qədər dayanmağı planlaşdırmırıq. Bundan sonra heç bir diplomatik həll bizə bu məqsəddən mane ola bilməz. Ona görə də bu gün Ukraynanı kim silahla təmin edirsə, bilməlidir ki, onlar nüvə müharibəsi riskini artırırlar”, – deyə o bildirib.

Duqin üçüncü dünya müharibəsinin müəyyən mənada başladəğını deyib. “Biz bunun ilkin mərhələsindəyik. Biz heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. NATO liderləri anlamırlar ki, atdıqları addımlar nüvə faciəsinə gətirib çıxara bilər. Rusiyaya hücum dünyanın məhvidir. NATO indiki siyasətini davam etdirsə, bu dəhşətli gün qaçılmaz olacaq”, – deyə o əlavə edib.

Putinin Türkiyə səfərinin təxirə salındığı barədə danışan Duqin deyib ki, bu, səfərin ləğv olunduğu anlamına gəlmir. “Düşünürəm ki, səfər Rusiyada prezident seçkilərindən sonra baş tutacaq. Türkiyə neytral mövqe nümayiş etdirir. Ankara ilə əlaqələr bizim təhlükəsizliyimiz və strategiyamız üçün çox vacibdir. Türkiyənin bizim müttəfiqimiz olmaması pisdir, amma digər tərəfdən açıq şəkildə Qərb cəbhəsində olmaması da yaxşıdır. Qərbin məsuliyyət hissini tamamilə itirdiyini görürük. Onda Türkiyə onları dayandırmalıdır”, – Duqin bildirib.

Gununsesi.info