Uçuş zamanı təyyarənin mühərriki dayandı

  • By admin
  • 08 Fevral 2018 08:50

Banqladeşin paytaxtı Dəkkədən Sinqapura uçan “Singapore Airlines” aviaşirkətinə məxsus təyyarə Myanmarın Mandalay şəhərinə təcili eniş edib.

Gununsesi.info xəbər verir ki, səmada olarkən “А330” laynerinin mühərriki dayanıb.

Təyyarənin göyərtəsində 190 sərnişin və 12 ekipaj üzvü olub. İnsident nəticəsində zərərçəkən yoxdur.

“Singapore Airlines” təcili eniş etmiş təyyarənin sərnişinlərini aparmaq üçün yeni layner göndərib.

Gununsesi.info