Uçuşdan bir neçə saniyə sonra qəzaya uğradı: - 6 ölü

  • By Admin2
  • 18 Mart 2025 12:37

Hondurasın Roatan adasından havaya qalxan təyyarə bir neçə saniyə sonra suya düşüb. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 6 nəfər həyatını itirib.

Mərkəzi Amerika ölkəsi Hondurasda 17 nəfəri daşıyan kiçik təyyarənin dənizə düşməsi nəticəsində ilkin məlumatlara görə 6 nəfər həyatını itirib.

Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, Xuan Manuel Qalvez hava limanından Trujilyoya qalxan təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.

Varela axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını və qrupların işlərini davam etdirdiyini bildirib.

Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə düşdükdən sonra alovlanıb. Bu səbəbdən axtarış-xilasetmə işlərinin çətinliklə davam etdiyi paylaşılıb.

Orxan

Gununsesi.info