
İraqın mərhum lideri Səddam Hüseynin böyük oğlu Uday Hüseynin bir vaxtlar Yaşıl vadidə bəslədiyi və nadir cinsdən olan aslanlar hazırda Bağdadın “Zevra” zooparkında saxlanılır.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq ABŞ əsgərləri tərəfindən işğal edildikdən sonra Udayın aslanları Bağdad Böyükşəhər Bələdiyyəsinin tabeliyində olan “Zevra” zooparkında bəslənir.
Bağdad Böyükşəhər Bələdiyyəsində çalışan Nebil Cuburi “Anadolu” Agetliyinə açıqlamasında bildirib ki, aslanlardan biri parkda yaşanan qarşıdurma nəticəsində ABŞ əsgərləri tərəfindən öldürülüb: “Amerikalılar vaxtilə Udayın aslanlarını İraqdan çıxarmaq istəyirdilər. Ancaq amerikalılar bunu bacara bilməyincə, aslanların çoxalmasını mane olmaq üçün qısırlaşdırmağa cəht etdilər” -, deyə o, əlavə edib.

Anar
Gununsesi.info












