UEFA “Avro – 2016″dan nə qədər qazandı?

  • By admin
  • 09 İyul 2016 09:10

Football Soccer - Germany v France - EURO 2016 - Semi Final - Stade Velodrome, Marseille, France - 7/7/16 - Soccer fans take snapshots before the match. REUTERS/Eric Gaillard

UEFA “Avro – 2016”nın final matçı öncəsi turnirin maliyyə yekunları haqqında açıqlama yayıb. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qitənin ali futbol qurumu bu çempionatdan 1.93 milyard avro qazanıb.

Tədbirin təmiz gəliri 830 milyon təşkil edir. 600 milyon avro isə quruma üzv olan 55 ölkə arasında bölünəcək. Geridə qalan məbləğ isə AÇ-2020-nin təşkilati işlərinə xərclənəcək.

Qeyd edək ki, budəfəki gəlir Ukrayna və Polşanın birlikdə təşkil etdiyi AÇ-2012-də əldə olunandan 34 faiz daha çoxdur.

 

Gununsesi.info