
UEFA Avro-2020-nin koronavirus pandemiyası səbəbindən təxirə salınması üzərində çalışır.
Gununsesi.org xəbər verir ki, bu barədə qitə futbol qurumunun nümayəndəsi Evelina Kristillin məlumat verib.
“Fikrimcə, indi milli liqaların başa çatması üçün vaxt vermək və Avro-2020-ni növbəti ilə təxirə salmaq məqsədəuyğundur. Turnirin gələn ilə təşkil etmək ehtimalını araşdırırıq”, – deyə E.Kristillin bildirib.
Xatırladaq ki, futbol üzrə Avropa çempionatı (Avro-2020) iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməlidir.