UEFA Avropa Liqası: finalda “Ayaks”la “Mançester Yunayted” qarşılaşacaq - FOTO - YENİLƏNİB

  • By admin
  • 12 May 2017 07:36

ayaks

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, ilk oyunda səfərdə “Ayaks”a 4:1 hesabı ilə məğlub olan “Lion”u doğma meydandakı 3:1 hesablı qələbə də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkar oyun nümayiş etdirərək, finala çıxıblar.

“Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” isə bu dəfə rəqibini “Old Trafford”da qəbul edib və oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İki oyunun nəticəsinə görə “Mançester Yunayted” finala yüksəlib.

Beləliklə, mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçiriləcək final matçında “Mançester Yunayted”lə “Ayaks” üz-üzə gələcək.

Gununsesi.info