Futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparan klublarımız – “Zirə” və “İnter” bu gün cavab oyununu keçirəcək.
Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, “İnter” -“Mladost”u qəbul edəcək, “Zirə” isə “Differdanj”ın qonağı olacaq.
“İnter” – “Mladost” (Serbiya)
Dalğa Arena. Saat 21.00
Baş hakim: Mykola Balakin
Baş hakimin köməkçiləri: Volodimir Volodin, Oleksandr Korniyko
Dördüncü hakim: Anatoli Zhabchenko
(Hakimlər briqadası Ukraynadandır)
UEFA nümayəndəsi: Sergiu Lisnic (Moldova)
Hakim-inspektor: Robert Malek (Polşa)
“Differdange” (Lüksemburq) – “Zirə”
Stade Municipal de Differdange. Saat 21:00
Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Jan Pozor
Dördüncü hakim: Pavol Chmura
(Hamısı Slovakiyadandır)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Hakim-inspektor: İchko Lozev (Bolqarıstan)
Qeyd edək ki, “İnter” – “Mladost” oyunu “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Anar
Gununsesi.info