Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

13 Dekabr 2017 - 09:30

UEFA Azərbaycan klublarına vəsait ayırdı

UEFA 2016-2017 mövsümündə maliyyə feyr-pleyi qaydalarını pozan klublardan aldığı 6,5 milyon avro vəsaiti avrokuboklarda iştirak etmiş komandalar arasında bölüb.

Gununsesi.info xəbər verir ki, məbləğin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş klublara çatıb.

Başqa sözlə, aralarında “Qarabağ” və “Qəbələ” də olmaqla, hər bir klub 78 300 avro qazanıb. Qalan 20 faiz isə təsnifat mərhələsində mübarizəni dayandırmış komandalara çatıb. Bu isə o deməkdir ki, “Kəpəz” və “Neftçi” hərəyə 8 540 avro əldə edib. Lakin “Zirə” maliyyə feyr-pleyini pozduğu üçün cəzalandığı üçün bu məbləği ala bilməyəcək.

Qeyd edək ki, 2016-2017 mövsümündə Azərbaycan təmsilçilərindən “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. “Neftçi” və “Kəpəz” isə mübarizəni Avroliqanın II təsnifat mərhələsində dayandırıb.

Gununsesi.info