UEFA “Beşiktaş” klubunu cərimələyib

  • By admin
  • 06 İyun 2018 20:29


UEFA Türkiyənin “Beşiktaş” klubunu 34 min avro məbləğində cərimələyib.

Gununsesi.info-nun qurumun saytına istinadən verdiyi məlumata görə, buna klub azarkeşlərinin Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə Almaniya “Bavariya”sı ilə görüşdə etdikləri qeyri-etik hərəkətlər səbəb olub.

Fanatlar sözügedən matçda meydana əşyalar atıb və oyunun keçirilməsinə mane olublar.

Qeyd edək ki, “Beşiktaş” – “Bavariya” matçı qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Gununsesi.info