UEFA “Beşiktaş” və “Qalatasaray”ı cəzalandırıb

  • By admin
  • 21 Dekabr 2021 13:47

UEFA İntizam Komitəsi Türkiyənin “Beşiktaş” və “Qalatasaray” klublarını cəzalandırıb.

Gunusesi.info-nun məlumatına görə, səbəb kimi hər iki komandanın avrokubok qarşılaşmalarında azarkeşlərin davranışları göstərilib.

“Qara qartallar” noyabrın 3-də Portuqaliyada “Sportinq”ə qarşı keçirdiyi Çempionlar Liqasının IV tur qarşılaşmasında fanatlarının meydana yad əşyalar atmaları üzündən 9 000 avro, fişəng yandırmaları ilə əlaqədar 4 500 avro cərimələnib.

“Sarı-qırmızılar”a isə noyabrın 25-də evdə Fransa “Marsel”i ilə Avropa Liqasının V tur matçında baş vermiş olaylar üzündən 11 875 avro cərimə kəsilib. Məbləğin 9 375 avrosu yad əşyaya, 2 500 avrosu isə fişəng yandırılmasına görə ödənilməlidir.

Gununsesi.info