UEFA Çempionlar Liqasının 2018/2019-cu il mövsümü üçün bəzi dəyişikliklər edəcək

  • By admin
  • 02 İyun 2017 22:50

uefa-1

UEFA futbol üzrə Çempionlar Liqasının 2018/2019-cu il mövsümü üçün bəzi dəyişikliklər edəcək.

Gununsesi.info xəbər verir ki, Avropa Liqasını qalib başa vurmuş komanda Çempionlar Liqasında mübarizəyə indiki kimi pley-off-dan yox, birbaşa qrup mərhələsindən qoşulacaq.

Qitənin ən nüfuzlu klub turnirində bəzi oyunların keçirilmə vaxtı dəyişdiriləcək. Yeni qərara əsasən, eyni gündə keçiriləcək qarşılaşmalardan ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da başlayacaq.

Gununsesi.info