UEFA kubokunda növbəti turun rəqibləri müəyyənləşdi – PÜŞKATMA

  • By admin
  • 17 Dekabr 2019 08:47

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb.

Gununsesi.org xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.

Püşkatmanın nəticələrinə əsasən, cütlər belə müəyyənləşib:

“Vulverhempton” (İngiltərə) – “Espanyol” (İspaniya)

“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə)

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya)

“Bayer” (Leverkuzen, Almaniya) – “Porto” (Portuqaliya)

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya)

APOEL (Kipr) – “Bazel” (İsveçrə)

ÇFR (Rumıniya) – “Sevilya” (İspaniya)

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)

“AZ Alkmar” (Hollandiya) – LASK (Avstriya)

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)

“Ludoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya)

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya)

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Benfika” (Portuqaliya)

“Volfsburq” (Almaniya) – “Malmö” (İsveç)

“Roma” (İtaliya) – “Gent” (Belçika)

“Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları gələn il fevralın 20-də, cavab görüşləri fevralın 27-də keçiriləcək.

Gununsesi.org