UEFA-dan Əliyar Ağayevə təyinat

  • By admin
  • 08 Noyabr 2017 10:55

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda noyabrın 10-da keçiriləcək Avstriya – Serbiya oyununun baş hakimi Əliyar Ağayev olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Gununsesi.info