Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin dünya çempionatının qış aylarında keçirilməsinin əleyhinə çıxış edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “RTBF” məlumatında deyilir.
“Mən bir şeyə əminəm ki, qışda keçirilən dünya çempionatının futbola faydası olmadı, bunu yenidən təkrarlamaq ağılsızlıq olardı. Bu, matç cədvəlində sıxlıq yaradır”, – Çeferin bildirib.
Xatırladaq ki, 2022-ci il dünya çempionatı Qətərdə keçirilib. Turnir noyabrın 20-də başlayıb və Argentina yığması dünya çempionatının finalında Fransaya qalib gələrək qalib olublar.
Gununsesi.info