UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılır

  • By admin
  • 07 Noyabr 2022 11:26

“Qarabağ”ın rəqibi bəlli olur Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olacaq.

Gununsesi.info xəbər verir ki, tədbir saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən “köhlən atlar” Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək.

Səpələnməmişlər səbətində olan “Qarabağ” bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.

Pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. “Qarabağ”ın ilk oyunu evdə olacaq.

Səpələnmişlər: Anderlext (Belçika) Bazel (İsveçrə) CFR Kluj (Rumıniya) Dnepr-1 (Ukrayna) Fiorentina (İtaliya) Gent (Belçika) Lex (Polşa) Partizan (Serbiya)

Səpələnməmişlər: AEK (Larnaka, Kipr) Budo Qlimt (Norveç) Braqa (Portuqaliya) Latsio (İtaliya) Ludoqorets (Bolqarıstan) Qarabağ (Azərbaycan) Şerif (Moldova) Trabzonspor (Türkiyə).

Gununsesi.info