UEFA Millətlər Liqasında I turun NƏTİCƏLƏRİ

  • By admin
  • 05 Sentyabr 2020 10:04

UEFA Millətlər Liqasında I turun növbəti görüşləri keçirilib.

Gununsesi.info xəbər verir ki, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç baş tutub.

A liqasının I qrupunda İtaliya evdə Bosniya və Herseqovinanı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Niderland isə doğma meydanda Polşaya çətinliklə qalib gəlib.

Gecənin digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb.

A liqası

I qrup

İtaliya – Bosniya və Herseqovina 1:1

Niderland – Polşa 1:0

B liqası

I qrup

Norveç – Avstriya 1:2

Rumıniya – Şimali İrlandiya 1:1

II qrup

Şotlandiya – İsrail 1:1

Slovakiya – Çexiya 1:3

C liqası

IV qrup

Litva – Qazaxıstan 0:2

Belarus – Albaniya 0:2

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.

Gununsesi.info