UEFA prezidentliyinə 3 namizəd təsdiq olunub

  • By admin
  • 02 Sentyabr 2016 22:56

UEFA-565x318

FİFA Müşahidə Şurası UEFA prezidentliyinə namizədlərin siyahısını təsdiq edib.

Gununsesi.info-nun məlumatına görə, qarşıdakı seçkilərdə 3 namizəd mübarizə aparacaq.

Belə ki, ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək üçün bir-biriləri ilə yarışacaqlar.

Qeyd edək ki, prezident seçkiləri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Elə həmin gün də Mişel Platinin prezident postundan getməsi rəsmən elan olunacaq. Fransız 2007-ci ildən bu vəzifədə çalışırdı.

 

Gununsesi.info