UEFA “Qəbələ”ni mükafatlandırdı

  • By admin
  • 04 Sentyabr 2019 10:41

UEFA “Qəbələ”ni mükafatlandırıb.Gununsesi.org xəbər verir ki, əyalət təmsilçisini UEFA Gənclər Liqasının Təşkilat Komitəsi xüsusi – sosial layihənin yüksək səviyyədə yerinə yetirilməsinə görə təyin olunmuş diplomla mükafatlandırıb.

“Qəbələ” UEFA Gənclər Liqasının I mərhələsində Kipr APOEL-i ilə qarşılaşacaq. İlk oyun Qəbələ şəhər stadionunda oktyabr ayının 2-də keçiriləcək. Cavab matçı isə oktyabrın 23-ü Kiprdə baş tutacaq.
 
“Qırmızı-qaralar” bu mərhələni adlayacağı təqdirdə, II raundda “Saraqosa” (İspaniya) – “Korona” (Polşa) cütlüyünün qalibi ilə qarşılaşacaq.

Gununsesi.org