UEFA “Qarabağ”a 16 milyon avro ödəyəcək

UEFA “Qarabağ”a 16 milyon avro ödəyəcək

Çempionlar Liqasının qrup mərhələsi artıq başa çatıb. Çempionlar Liqasında (ÇL) mübarizəni dayandıran “Qarabağ”ın UEFA-dan alacağı vəsaitin təqribi məbləği məlum olub.
Gununsesi.info xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” qitənin ən nüfuzlu klub turnirində qrupu 2 xalla başa vurub.
Ağdam təmsilçisi keçirdiyi 6 oyundan yalnız ikisində heç-heçə edə bilib. “Qarabağ” evdə və səfərdə Madrid “Atletiko”sundan xal almağı bacarıb. Pley-off-da Danimarka “Kopenhagen”ini məğlub edən təmsilçimiz 12,7 milyon avroya sahib çıxmışdı. İki heç-heçəyə görə də komandamız 1 milyon avro əldə edib. Həmçinin marketinq gəlirlərini nəzərə alsaq, buradan təxminən 2 milyon yarım avro gəlir əldə ediləcək.
Beləliklə, “Qarabağ”ın ÇL-dən ümumi qazancı təxminən 16 milyon avro (təxminən 32 milyon manat) olacaq.
Qeyd edək ki, sxemə əsasən, 1/8 finala çıxan hər bir klub 6 milyon avro, 1/4 finala yüksələnlər 6,5 milyon avro əldə edəcək. Yarımfinalçılara 7,5 milyon, finalda məğlub olan kollektivə 11 milyon avro ödəniləcək. Turnirin qalibinə isə 15,5 milyon avro veriləcək.

Gununsesi.info

COMMENTS