UEFA “Qarabağ”a ödəniş etdi

  • By admin
  • 12 İyul 2023 16:10

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytının yaydığı məlumata görə, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştirak etdiyi üçün “Qarabağ”a 27 min 943 avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.

Gununsesi.info