
UEFA “Qarabağ” klubuna daha 980 min avro vəsait ayırıb.
Gununsesi.info-nun məlumatına görə, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı verilib.
Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində 2 qələbə qazanıb və 1 dəfə meydanı sülhlə tərk edib. Digər 3 oyunda isə komanda məğlubiyyətlə üzləşib.
Gununsesi.info