UEFA “Real” klubunu cəzalandıra bilər

  • By ilhame
  • 18 Sentyabr 2024 13:32

UEFA İspaniyanın “Real” klubunu maliyyə pozuntularına görə cəzalandıra bilər.

 

Gununsesi.info “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi dövlət vəsaitlərinin sui-istifadəsində ittiham olunur.

 

Bu barədə İspaniya Ali Məhkəməsinin fəxri hakimi Xose Antonio Palin bildirib.

 

“Real” dövlət pulu şəklində “dopinq” alır. Bu, parkinq, qeyri-futbol və idmanla əlaqəli fəaliyyətlərlə bağlıdır. Onların hətta UEFA ilə də problemləri ola bilər, – deyə Xose Antonio Palin vurğulayıb.

 

O, “Santyaqo Bernabeu” stadionundakı səs-küyü “ətraf mühitə qarşı cinayət” adlandırıb. Palin deyib ki, stadionun səs izolyasiyasını təmin etmək texniki cəhətdən mümkün deyil.

Gununsesi.info