UEFA “Roma”lıları cəzalandırdı

  • By admin
  • 03 Sentyabr 2016 17:02

72567

UEFA İtaliyanın “Roma” klubunun iki futbolçusunu cəzalandırıb.

Bunlar Daniele de Rossi və Emersondu.

Hər iki futbolçu  Portuqaliya “Portu”su ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb.

Kapitan De Rossi 3 oyunluq diskvalifikasiya olunub. Onun kobud oyunu nəticəsində zədələnən rəqib oyunçusu  Maksi Pereyraya 3 ay meydana çıxa bilməyəcək.

Emerson isə iki oyunluq cəzalandırılıb.

Qeyd edək ki, E qrupunda yer alan “Roma” ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt klubu “Viktoriya”nın qonağı olacaq.

 

Gununsesi.info