UEFA Rusiya və Albaniyanın gerblərini səhv saldı 

  • By admin
  • 08 İyun 2016 16:19

UEFA-565x318

UEFA-nın mətbuat xidməti Rusiya və Albaniyanın gerblərini səhv salıb.

Gununsesi.info xəbər verir ki, məlumatına görə, bu, Avropa çempionatı iştirakçılarının formalarının nümayişi zamanı baş verib.

Növbə Albaniyaya çatanda UEFA əməkdaşları Rusiya millisinin dövlət gerbi ilə formasını yerləşdirərək, fotonun altında “Albaniya” yazıblar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. Albaniya yığması Fransa, Rumıniya və İsveçrə ilə birgə A qrupunda yer alıb. A qrupundakı Rusiyanın rəqibləri isə İngiltərə, Uels və Slovakiyadır.