UEFA-ya üzv olan assosiasiyalardan Superliqa ilə bağlı yekdil qərar

  • By admin
  • 20 Aprel 2021 19:29

Bu gün İsveçrənin Montre şəhərində UEFA-nın konqresi keçirilir.

Tədbirin başlıca müzakirə mövzusu yeni yaradılan Avropa Superliqasıdır.

Təşkilatın rəsmi internet səhifəsindən verilən məlumata əsasən, UEFA-ya üzv olan 55 assosiasiya yekdilliklə Superliqanın yaradılmasını pisləyən bəyanat qəbul edib.

Tədbirdə iştirak edən UEFA prezidenti Aleksandr Çeferin və FIFA rəhbəri Canni İnfantino isə çıxışları zamanı baş verənləri kəskin şəkildə tənqid ediblər.

Gununsesi.info