“Uğurumun əsas səbəbi diqqətli olmağımdır” – Yüksək bal toplayan məzun

Xəbər verdiyimiz kimi, ötən gün 1 və 4-cü ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanıb.

4-cü qrup üzrə ən yüksək nəticəni Cəbrayıl rayonu, Sirikli kənd orta məktəbin  məzunu Kamil Əfəndiyev göstərib.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, ümumilikdə 692.5 bal yığan Kamil uğuru hekayəsi haqqında Modern.az-a danışıb. O, təhsilini gələcəkdə xaricdə davam etdirə biləcəyini söyləyib:

“Repetitor yanına gedərək imtahana hazırlaşmışam. İngilis dili üzrə 1-ci sinifdən, fizika və biologiya fənləri üzrə 10-cu sinifdən, digərlərinə isə 9-cu sinifdən başlayaraq hazırlaşmışam. Təhsilimi ingilis dilində almaq istəyirəm. İxtisas olaraq müalicə işində təhsil alacağam. Gələcəkdə təhsilimi xaricdə davam etdirə bilərəm”.

Kamil uğurunun başlıca səbəbini diqqətli olmaqda gördüyünü deyib:

“Öncə valideynlərimə, müəllimlərimə təşəkkür edirəm. Uğurumun başlıca səbəbi diqqətli olmağım idi, əsas hissələri diqqətlə gözdən keçirirdim. Son ildə oxumağa vaxt olmur, daha çox sınaq imtahanları üzərində işləyirdim, bu da mənə xeyli kömək oldu. Asudə vaxtlarımı gəzməklə keçirirdim. İmtahana hazırlaşan hər kəs diqqətlə çalışmalıdır”.

Gununsesi.info