Ukrayna əcnəbilərin ölkəyə girişi üçün elektron xəbərdarlıq sistemi tətbiq edəcək

  • By ilhame
  • 13 Avqust 2024 21:26

Ukrayna vizasız giriş hüququndan istifadə edən əcnəbilər üçün ölkəyə daxil olmaq niyyəti barədə elektron bildiriş sistemini tətbiq etməyi planlaşdırır.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna KİV-i Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

“Hərbi vəziyyət dövründə sərhəd və miqrasiya nəzarətinin, eləcə də əks-kəşfiyyat rejiminin gücləndirilməsi məqsədi ilə keçirilən görüşdə Ukrayna ilə vizasız giriş rejimi olan ölkələrin siyahısının müəyyən edilərək təsdiq edilməsi təklif olunub”, – MTMŞ-dən qeyd edilib.

 

İclasda həmçinin milli təhlükəsizlik baxımından ölkə ərazisində qalması arzuolunmaz əcnəbilərin Ukraynaya girişinin qadağan edilməsi üçün mexanizmin yaradılması məsələləri də müzakirə olunub.

Gununsesi.info