Ukrayna ilə Rusiya arasında müharibə günü-gündən şiddətlənir. Bölgədən çəkilən görüntülər müharibənin miqyasını ortaya qoyub.
Gununsesi.info xəbər verir ki, sosial şəbəkələrdəki paylaşımda bir Ukrayna əsgərinin üzərindəki polad zireh sayəsində sağ qaldığı bildirilib. Şəkildə türkcə yazılan “xarici səth” sözü polad jiletin Türkiyədən alındığına sübut kimi göstərib.
Ukraynalı sosial şəbəkəs istifadəçisi Arslon Xudos tərəfindən paylaşılan fotodakı yazı sosial mediada gündəm olub. Şəkillərdə polad jiletin üzərində çoxlu güllə izləri olduğu görünüb.
Ukrayna əsgərinə aid olduğu deyilən polad jiletin üzərində türkcə “xarici səth” yazısı türk hərbi texnikasının müharibədə əhəmiyyətini bir daha xatırladıb.
Fotonun altında müxtəlif şərhlər yazılıb. Ukrayna əsgərinin türk polad jileti sayəsində sağ qaldığı bildirilib. Müharibə araşdırmaçısı kimi bölgədə olan Xudos yazısında bu ifadələri işlədib: “Ukraynalı əsgər bir neçə güllədən sağ çıxdı. Zireh türkdür”.
Gununsesi.info