“Ukrayna ətrafında yeni risklər yaranıb” - AKAR

  • By admin
  • 14 Yanvar 2022 17:26

Türkiyənin milli müdafiə naziri Hulusi Akar geridə qoyduğumuz ili çətin bir il kimi qiymətləndirib.

Gununsesi.info-nun Türkiyə Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Akar deyib ki, bu çətinliklərdən biri hələ də dünyada təsiri davam edən pandemiyadır.

“Digər təhdid isə çox sürətlə dəyişən təhlükəsizlik mühitidir. Əfqanıstandakı missiyamız ötən il başa çatdıqdan sonra Ukrayna ətrafında yeni risklər yaranıb”, – türkiyəli nazir vurğulayıb.

 

 

Gununsesi.info