Ukrayna 3310 nəfəri əsirlikdən qaytarıb

  • By ilhame
  • 06 İyul 2024 20:49

“Ukrayna əllidən çox əsir mübadiləsi aparmağa nail olub”.

 

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Prezident Volodimir Zelenski teleqram kanalında yazıb.

“Beləliklə, 53 mübadilə aparılıb, 3310 insanımız artıq Ukraynada – öz evində, qohumlarının yanındadır”, – paylaşımda qeyd edib.

 

Zelenski bildirib ki, bu istiqamətdə işlər davam etdirilir:

 

“Biz hər bir vətəndaşımızı – bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.

Gununsesi.info