Ukrayna Aİ-nin əsas prioriteti olaraq qalacaq

  • By ilhame
  • 13 Noyabr 2023 21:51

“Ukrayna Avropa İttifaqının əsas prioriteti olaraq qalacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “X” hesabında yazıb.

Borrell bildirib ki, Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclası zamanı iştirakçılar Ukraynaya ümumi dəstək mesajı ilə gəliblər.

“Aİ Şurasının iclasından sonrakı tapşırıqlara uyğun olaraq gələcək təhlükəsizlik öhdəliklərimiz üzərində işləyirəm”, – deyə Borrell bildirib.

Gununsesi.info