Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini dialoqa və əməkdaşlığa çağırıb.
Gununsesi.info-ya bu barədə Ali Radanın saytına istinadən xəbər verir.
Sənəddə bildirilir ki, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziyyəti və Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi nəzərə alınaraq Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin fevralın 7-də keçirilmiş iclasında Komitənin tərəflərə müraciət etməsi təsdiqlənib.
“Komitə müraciətində Avropa Şurası Parlament Assambleyasını və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini danışıqlar prosesinə qayıtmaq və bu gün nə qədər kəskin görünsə də, demokratiya və qanunun aliliyi prinsiplərini rəhbər tutaraq, konstruktiv danışıqlar yolu ilə tərəflər arasında yaranmış məsələləri həll etmək üçün imkan tapmağa çağırıb”, – sənəddə deyilir.
Gununsesi.info